Gürcüstanda azərbaycanlı Saakaşviliyə dəstək aksiyasında öldü

Gürcüstanda azərbaycanlı Saakaşviliyə dəstək aksiyasında öldü

Hazırda oxunan: Gürcüstanda azərbaycanlı Saakaşviliyə dəstək aksiyasında öldü

45009

Ötən gün Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşviliyə dəstək olaraq Rustavi həbsxanası qarşısında keçirilən aksiyada bir nəfər vəfat edib.

Bizim.Media xəbər verir ki, həmin şəxsin Dmanisi rayon sakini, 60 yaşlı Cahandar Hüseynov olduğu müəyyənləşib.

İlkin məlumata görə, o, ürək tutmasından dünyasını dəyişib. Təcili tibbi yardım maşını C.Hüseynovu şəhər xəstəxanasına çatdıranda onun öldüyü məlum olub.
 

MÖVZU İLƏ BAĞLI:

Saakaşvili həkimlərin nəzarəti altında qida qəbul etdi - EKSKLÜZİV VİDEO


Hadisə şahidlərinin sözlərinə görə, aksiya keçirilən ərazidə həkim briqadası olmayıb və təcili tibbi yardım maşını hadisə yerinə çox gec gəlib.

Gürcüstanın Səhiyyə Nazirliyindən bildirilib ki, aksiya təşkilatçılarından təcili tibbi yardım briqadasının cəlb olunması ilə bağlı müraciət almayıblar.

Faktla bağlı özünü öldürmə həddinə çatdırma maddəsi üzrə istintaq aparılır (report).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO