Ermənistanın sabiq prezidenti, Xocalı qatili Serj Sarkisyanın anası Nora Vaqani Sarkisyan dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı erməni mətbuatı yayıb. Mənbə yazır ki, qadın bu gün 93 yaşında koronavirusdan vəfat edib.
Anım mərasimi noyabrın 8-də, saat 18:00-da Xankəndidəki Müqəddəs Akop kilsəsində baş tutacaq. Dəfn mərasimi noyabrın 9-u saat 12:00-da olacaq.
İndi çoxları Serj Sarkisyanın Qarabağa necə gələcəyi haqda düşünür. Xatırladaq ki, erməni siyasətçiləri və Paşinyan hakimiyyətinin üzvləri 2-ci Qarabağ savaşından sonra Qarabağa gəlməyiblər.
İstisna hal kimi, sabiq xarici işlər naziri Ara Ayvazyanın adını çəkmək olar. Bu səfərlə bağlı rəsmi Bakı sərt reaksiyasını bildirmişdi.
Bizim.Media