Keçmiş deputatın şirkəti COVID pasportu satmaqda ittiham olundu

Keçmiş deputatın şirkəti COVID pasportu satmaqda ittiham olundu

Hazırda oxunan: Keçmiş deputatın şirkəti COVID pasportu satmaqda ittiham olundu

44858

Ermənistanda COVİD-19 pandemiyası ətrafında indi qızğın mübahisələr gedir.

“Hökumət son aylara qədər başı siyasi hərcmərcliyə qarışdığından ölüm sayı pik həddinə çatana qədər buna o qədər də əhəmiyyət verməmişdi.

İndi Ermənistanın COVID qədər qorxudan ikinci məsələ yoxdur. Balaca bir ölkə üçün gündəlik ölüm sayı 60 nəfərin üstündədir. Faiz nisbətində dünyada ən acınacaqlı yerlərdən birindəyik”, - deyə erməni KİV-ləri yazır.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanda koronavirus üçün “müsbət” test  2000 DOLLAR


Bizim.Media xəbər verir ki, bununla bərabər ölkədə vaksinə qarşı da inam hissi yoxdur.

Əhalinin çoxusu COVID pasportunu müxtəlif yollarla əldə etməyə çalışır. Elə ötən gün keçmiş deputat Samvel Aleksanyanın belə bir spekulyasiyalarda əli olduğu ortaya çıxıb.

Ermənilər yazır ki, ona məxsus şirkətlər COVID-19 sertifikatlarını saxtalaşdırmaqla məşğuldur. News.am bildirir ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti Aleksyana məxsus “Natali Farm” apteklər şəbəkəsinin və “Asthik” tibb mərkəzinin əməkdaşları 2021-ci ilin may-sentyabr aylarında xaricdə yaşayan ölkə vətəndaşları üçün COVİD pasportlarının saxtalaşdırmaqla məşğul olduğunu üzə çıxarıb.

Həmin dövrdə xaricdə olan vətəndaşların peyvənd olunması ilə bağlı saxta sənədlər tərtib olunması üçün hər bir nəfərdən 200-300 dollar aralığında rüşvət tələb edilib.


Artıq bununla bağlı cinayət işi açılıb, məsuliyyətə cəlb edilənlər var.

Nəşr onu da xatırladır ki, hazırda “Asthik” tibb mərkəzi və “Natali Farm” şirkəti keçmiş millət vəkili və iş adamı Samvel Aleksanyanın (xalq arasında “Lfik Samo” kimi tanınan) ailəsinə məxsusdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO