“Azərbaycan türkün gücünü bütün dünyaya nümayiş etdirdi” – HULUSİ AKAR

“Azərbaycan türkün gücünü bütün dünyaya nümayiş etdirdi” – HULUSİ AKAR

Hazırda oxunan: “Azərbaycan türkün gücünü bütün dünyaya nümayiş etdirdi” – HULUSİ AKAR

44848

“Azərbaycanla Türkiyə arasında əməkdaşlıq getdikcə daha da çox inkişaf edir. Bilirik ki, bunun nəticəsində təkcə Azərbaycan və Türkiyə deyil, bütün region dövlətləri əmin-amanlıq və firavanlıq içində yaşayacaq”.

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycanın Türkiyədəki Səfirliyinin Ankarada 8 noyabr Zəfər günü ilə bağlı keçirdiyi tədbirdə bildirib:
 

MÖVZU İLƏ BAĞLI:

Hulusi Akardan Türkiyə - Azərbaycan hərbi təlimləri ilə bağlı YENİ AÇIQLAMA 


“Biz bundan sonra da azərbaycanlı qardaşlarımızın haqlı işlərində yanında olacağıq. Buna heç kimin şübhəsi olmasın. Biz bu məsələləri bütün platformalarda, apardığımız bütün danışıqlarda dəfələrlə demişik və deyirik”.

“Qardaşlarımız, günahsız insanlar Ermənistan tərəfindən, xüsusən də Xocalıda qətlə yetirilib.
 

Bu hadisələr baş verən zaman ATƏT-in Minsk qrupu bəyan etdi ki, “bu problemlər danışıqlar yolu ilə həll olunacaq”. 30 il keçdi. Amma təəssüf ki, heç bir tədbirin görülmədiyini, irəliləyişin olmadığını gördük.


Nəticədə azərbaycanlı qardaşlarımız 44 günlük müharibə nəticəsində öz doğma torpaqlarını Ermənistan işğalından azad etdilər. Bunun sonunda nə oldu? Bunun sonunda türkün gücünü bütün dünyaya nümayiş etdirdilər. Hamı gördü ki, Azərbaycan kimdir, türk kimdir”, - deyə Hulusi Akar bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO