Paşinyan Qafana gəldi - Azərbaycan postunda ... - FOTO

Paşinyan Qafana gəldi - Azərbaycan postunda ... - FOTO

Hazırda oxunan: Paşinyan Qafana gəldi - Azərbaycan postunda ... - FOTO

44770

Ermənistanın baş naziri Nikol Paşinyan dünən “Vətəndaş müqaviləsi” partiyasından Qafan şəhər meri vəzifəsinə namizəd olan David Danielyanın atasının dəfn mərasimində iştirak etmək üçün Qafana gedib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı "Hraparak" nəşri yayıb.

Mənbə səfərlə bağlı maraqlı fakt əldə edib. Belə ki, Paşinyan Qafana Azərbaycanın nəzarətində olan Gorus-Qafan dövlətlərarası avtomobil yolunun Şahverdilər-Nor Arajadzor hissəsi ilə deyil, hazırda təmir olunan Tatev yolu ilə gedib.
 

Baş naziri 20-yə yaxın maşın müşayiət edib, polis əməkdaşları kəndlərin hər birinin kəsişməsində durub, Paşinyanın yürüşünü izləyiblər ki, yerli əhalidən heç kim ona yaxınlaşmasın.


Nəşr hesab edir ki, baş nazir azərbaycanlılardan qorxduğu üçün dövlətlərarası yoldan istifadə etməkdən çəkinib, eyni zamanda ermənilərdən, onu müşayiət edən mühafizəçilərin sayından və polis qüvvələrinin nəzarətindən də qorxuya düşüb.

"Hraparak" yazır ki, əgər o, Qafana səfər edərkən belə ehtiyat tədbirləri görürsə, nə vaxtsa Qarabağa səfər etməyini gözləmək mənasızdır. 

Bir sözlə, baş nazirin düz bir ildir Qarabağa səfər etməməsi məhz bu qorxu və narahatlıqla bağlıdır.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO