Ermənilər “Dağlıq Qarabağ”ın gorbagor olan statusunu müzakirə edirlər – BAŞLARINI İTİRİBLƏR

Ermənilər “Dağlıq Qarabağ”ın gorbagor olan statusunu müzakirə edirlər – BAŞLARINI İTİRİBLƏR

Hazırda oxunan: Ermənilər “Dağlıq Qarabağ”ın gorbagor olan statusunu müzakirə edirlər – BAŞLARINI İTİRİBLƏR

43969

Ermənistan Demokratik Partiyasının lideri Aram Sarkisyan İrəvanda ekspert icmasının iştirakı ilə Ermənistanın “Dağlıq Qarabağ”ın (Belə subyekt yoxdur) bir subyekt kimi qanuniliyini tanıması məsələsi ilə bağlı dinləmələr təşkil edib. 

Bizim.Media xəbər verir ki, Sarkisyan “Sputnik Ermənistan”a müsahibəsində bildirib ki, bu gün ATƏT-in Minsk Qrupu gündəmsiz qalıb, Azərbaycan ümumiyyətlə Qarabağ probleminin olmadığını bəyan edir. 

Onun fikrincə, bunun fonunda Ermənistan hakimiyyəti çox inert mövqe tutub.

"Bu baxımdan hesab edirik ki, “Dağlıq Qarabağ”ın subyekt kimi formalaşmasının qanuniliyinin tanınması məsələsini gündəmə gətirmək lazımdır. Bu, statusun müəyyənləşdirilməsi ilə bağlı gələcək danışıqlar üçün əsas olacaq. Əgər Ermənistan tərəfi işə başlamasa, beynəlxalq tərəfdaşlarımızdan tələb edəcəyimiz heç bir şey qalmayacaq" deyə o, qeyd edib.

Demokrat Partiyasının lideri eyni zamanda vurğulayıb ki, “Dağlıq Qarabağ”ın subyekt kimi formalaşmasının qanunauyğunluğunun tanınması “Dağlıq Qarabağ”ın tanınması demək deyil. Bu, sadəcə olaraq, Ermənistanın “Dağlıq Qarabağ”ın elan edilməsi prosedurlarının qanuniliyinə çağırışıdır.

Qeyd edək ki, dinləmələrdə müxalifətin “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan da iştirak edib.
 

Dinləmələrin yekunu olaraq bu məsələnin müzakirəsi və Ermənistanın “Dağlıq Qarabağ Respublikası”nın yaradılmasının legitimliyini tanıması ilə bağlı Ermənistan parlamentinə müraciət göndərilib. Müraciət bazar ertəsi parlamentə göndəriləcək.


Xatırladaq ki, erməni mətbuatında gedən bu yazıda bir dəfə olsun “Artsax” sözü işlədilməyib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO