Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmağa hazır olduğunu dəfələrlə bəyan edib.
Bizim.Media xəbər verir ki, bu fikirləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan hökumətdə keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Ermənistan rəhbərliyi normallaşma mexanizmlərini tapmaq üçün bu məsələləri rusiyalı həmkarları ilə müzakirə edir.
MÖVZU İLƏ BAĞLI:
Armen Sarkisyanın ETİRAFI: “Son müharibədə Azərbaycandan hər sahədə geridə idik”
"Hesab edirəm ki, bu işə başlamaq səmərəli olardı. Həm biz, həm də Türkiyə tərəfi müsbət siqnalların olduğunu bildirdik", - o, əlavə edib.
“Zəngəzur dəhlizi” ilə bağlı suala Qriqoryan belə cavab verib:
“Ermənistanın mövqeyi dəyişməz qalıb. O məsələ “dəhliz” məntiqində müzakirə olunmur. Üstəlik, Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli işçi qrupu çərçivəsində çox aydın şəkildə bildirilir ki, blokadadan çıxarılacaq bütün nəqliyyat marşrutları onların keçdiyi dövlətlərin suveren əraziləridir.
Təhlükəsizlik Şurasının katibi əmindir ki, Azərbaycan tərəfi bütün bunlardan xəbərdardır. Bundan əvvəl Rusiya baş nazirinin müavini Aleksey Overçuk da bu barədə danışmışdı.
Qriqoryan mövzu ilə bağlı hər hansı fərziyyələri anlaşılmaz adlandırıb.
Qeyd edək ki, söhbət Ermənistanın Zəngəzur mahalından gedir. Bu ərazi vasitəsilə Azərbaycan faktiki olaraq Naxçıvanla maneəsiz quru əlaqəsini yaratmaq fikrindədir.
Armen Qriqoryan sərhədlərin delimitasiyası və demarkasiyası məsələsinə də toxunub:
“Rəsmi İrəvan bu prosesə başlamağa hazırdır və Azərbaycandan müsbət siqnallar gözləyir”.
O bildirib ki, sərhədin demarkasiyası 1920-ci illərin sovet xəritələri əsasında aparılacağı ilə bağlı şayiələr reallığa uyğun gəlmir.
Bizim.Media