Rusiya prezidenti Vladimir Putinin çıxışı Avropada təbii qaz qiymətlərini növbəti dəfə aşağı salıb.
Bizim.Media xəbər verir ki, Prezidentin göstərişindən sonra “Qazprom” yeraltı anbarlarında qaz ehtiyatlarını artıracaq.
Bu barədə qurumun rəhbəri Aleksey Miller yerli mətbuata açıqlamasında bildirib. Onun sözlərinə görə, bu istiqamətdə işlərə noyabrın 8-də başlanacaq.
MÖVZU İLƏ BAĞLI:
Avropada qaz 3% ucuzlaşdı
“Qazprom” rəhbərinin sözlərinə görə, hazırda Avropa anbarlarında qazın həcmi çox kiçik - 190 milyon kubmetrdən azdır. Qazın həcmi Avstriyada – 55 faiz, Almaniyada – 21 faiz, Hollandiyada 28 faizdir.
Mütəxəssislərin fikrincə, şirkət qışa qədər Avropa anbarlarına 5 milyard kubmetrdən çox qaz ötürə bilər – amma bir şərtlə ki, tranzit təkcə “Yamal-Avropa” qaz kəmərləri ilə Belarusdan deyil, həm də Ukraynadan keçsin.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin dünən “Qazprom”u Avropa anbarlarında qazın həcmini artırmağa çağırıb. Çıxışdan sonra Avropada qazın min kubmetrinin qiyməti 1041 dollardan 1008 dollara düşüb.
Xatirə, Bizim.Media