Gürcüstanın eks prezidenti Mixeil Saakaşvilinin ölümü rəsmi Tbilisi üçün hansı problemləri yarada bilər? Çünki o, müayinələrdən imtina edib və aclıq aksiyasını davam etdirəcəyini açıqlayıb.
Cavabına “Ümid edirəm ki, bu baş verməyəcək” cümləsilə başlayan gürcü politoloq Gia Xuxaşvili bildirib ki, Gürcüstan hökuməti üçün bu gün vacib olan oktyabrın 30-na qədər rejimi qorumaqdır.
MÖVZU İLƏ BAĞLI:
Oktyabrın 30-da Gürcüstanda nə baş verəcək? – Gia Xuxaşvilidən ÖZƏL: “Vəziyyət gərgindir”
Bizim.Media-ya özəl açıqlamasında Gürcüstan Ekspertlər Klubunun üzvü Gia Xuxaşvili seçkilərin ikinci turuna qədər situasiyanı stabil saxlamağın əhəmiyyətinin səbəblərini də açıqlayıb:
“Saakaşvilinin səhhəti siyasi kontekstdə iti məsələdir və vətəndaş qarşıdurması kimi sıçrayış yarada bilər. Bu isə hadisələrin proqnozlaşdırılmayan inkişafı deməkdir. Amma yenə də hər şey seçkilərin nəticələrindən asılı olacaq”.
Bizim.Media