Nikol Paşinyan baş qərargah rəisinin hesabatından dərhal sonra "Lavrov planı"nı qəbul etməli və müharibəni başlanğıcdan dayandırmalı idi.
Bizim.Media xəbər verir ki, bunu "5-ci kanal”a müsahibəsində Ermənistanın ikinci prezidenti Robert Koçaryan deyib.
Koçaryan bildirib ki, müharibənin dördüncü günü Onik Qasparyanın müharibəni bitirməyin zəruriliyi ilə bağlı məlum hesabatından sonra Azərbaycan cəmi 3-4 kilometrə qədər irəliləmişdi, erməni tərəfinin təxminən 500 nəfər itkisi var idi. Məhz onda Nikol Paşinyan müharibəni dayandırmalı idi.
"Generallar məğlubiyyətin qaçılmaz olduğunu söylədikdə müharibəni niyə dayandırmadığını anlaya bilmirəm”,- deyə sabiq president əlavə edib.
Koçaryanın sözlərinə görə, Paşinyanın qınaq hədəfinə çevrilməsinin səbəbi həm də müharibənin gedişatı ilə bağlı yalan açıqlamalarına görədir:
“Əgər hakimiyyət əvvəldən xalqa müharibənin və itkilərin həqiqi miqyasını təqdim etsəydi, heç kim Paşinyanı ərazilərin təslim olması halında xəyanətdə günahlandırmazdı. Ancaq yalan üzərində qurulan təbliğat ölkə üçün ölümcül oldu”.
Köçəryan inanır ki, o, ölkəyə liderlik etsəydi indi vəziyyət başqa cür olardı: “Əgər mən lider olsaydım müharibə olmazdı. Diplomatik axmaqlıq baş verməzdi".
Bizim.Media
- A-
- A
- A+
Region
11:10 / 05.12.2020
Sabiq prezident: “Mən hakimiyyətə gəlsəydim, müharibə olmazdı”
Hazırda oxunan: Sabiq prezident: “Mən hakimiyyətə gəlsəydim, müharibə olmazdı”
Hazırda oxunan: Sabiq prezident: “Mən hakimiyyətə gəlsəydim, müharibə olmazdı”
4357
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.