Saakaşvilinin rəqibləri Tbilisidə mitinq keçirəcək

Saakaşvilinin rəqibləri Tbilisidə mitinq keçirəcək

Hazırda oxunan: Saakaşvilinin rəqibləri Tbilisidə mitinq keçirəcək

43237

Gürcüstanda sabiq prezident Mixeil Saakaşviliyə rəqib olan hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyası oktyabrın 27-də saat 17:00-da Tbilisidə kütləvi aksiya təşkil edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə partiyanın sədr İrakli Kobaxidze keçirdiyi brifinqdə deyib.

O bildirib ki, mitinq yerli özünüidarətetmə orqanlarına keçirilən seçkilərin ikinci turu ilə əlaqədar olacaq.

Partiya sədri deyib: “Seçki öncəsi mitinqdə “Gürcü Arzusu”nun on minlərlə tərəfdarı toplaşacaq və gürcü xalqının gücü nümayiş etdiriləcək. Gürcüstanın gələcəyinə, sülh, sabitlik və inkişafa dəyər verən hər kəsi aksiyada gözləyirik”.

Qeyd edək ki, Gürcüstanda oktyabrın 1-də keçirilən seçkilərdə paytaxt Tbilisi də daxil olmaqla 20 şəhər və 42 yerli majoritar dairədə namizədlər istənilən səs faizini toplaya bilməyiblər. Ona görə də bu dairələrdə səsvermənin ikinci turu təşkil olunacaq.

Gürcüstan Mərkəzi Seçki Komissiyasının qərarına əsasən, səsvermənin ikinci turu oktyabrın 30-da keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO