Ermənistan 693 hərbçisinin meyitini götürüb

Ermənistan 693 hərbçisinin meyitini götürüb

Hazırda oxunan: Ermənistan 693 hərbçisinin meyitini götürüb

4306

Ermənistan tərəfi indiyədək axtarış nəticəsində 693 hərbçisinin meyitini aşkarlayaraq götürüb.

Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Qarabağ separatçılarının nümayəndəsi Unan Tadevosyan  məlumat verib.

Qeyd edilib ki, axtarışlar davam edir və cəsəd mübadiləsi mütəmadi olaraq həyata keçirilir. Tadevosyan axtarışlar zamanı yalnız bir nəfərin Şuşada sağ tapıldığını deyib.

O bildirib ki,  hələ Zəngilan, Füzuli, Cəbrayıl, Hadrutun cənub bölgələrində axtarış aparılmır.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan tərəfi ilə danışıqlar davam edir. Yüksək vəzifəli rus zabitlərinin iştirakı ilə əsirlərin mübadiləsinə dair danışıqlar aparılır, lakin hələ nəticə yoxdur.

 Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO