Co Bayden Rusiya ilə müharibəyə gedəcəkmi?

Co Bayden Rusiya ilə müharibəyə gedəcəkmi?

Hazırda oxunan: Co Bayden Rusiya ilə müharibəyə gedəcəkmi?

4292

Rusiyalı ekspert İlya Kramnikin mülahizlərinə görə, iki super güc arasında hərarətin artması ilk olaraq Antlantik sularında baş verə bilər. 

Bizim.Media xəbər verir ki, hərbi ekspert  “Vzqlyad” qəzetinə açıqlamasında bildirib ki, ABŞ Rusiya ilə münasibətlərin pisləşməsini nəzərə alaraq, Atlantik okeanındakı mövqelərinə daha çox diqqət  verməyə başlayır.

O, iki dövlət arasında yeni qarşıdurmanın olacağını proqnozlaşdırır:

"Soyuq müharibə zamanı Atlantik donanması ABŞ üçün əsas donanma idi. Sonra ağırlıq mərkəzi Sakit okeana köçürüldü. İndi isə  Rusiya ilə münasibətlərin pisləşməsini nəzərə alaraq ABŞ Atlantikə getdikcə əhəmiyyət verməyə başlayır ", - deyə Rusiya Xarici Işlər Şurasının eksperti, hərbi analitik Ilya Kramnik bildirib.

Ekspert ABŞ qüvvələrinin regionda daha yüksək fəallığını və cəmləşməsini "son illərdə əsasən məşğul olduqlarından daha çox rutin təlim əməliyyatlarına", yəni "Rusiya və donanması ilə praktiki qarşıdurma" kimi proqnozlaşdırır. "Bu, yeni raund, yaxud bərpa və ya yeni soyuq müharibə çərçivəsində baş verəcək - indi politoloqlar bu dövrü fərqli adlandırırlar", - deyə o qeyd edib.

Kramnik xatırladıb ki, bir müddət əvvəl ABŞ-ın Ikinci Donanmasının bərpası da baş verib. "Bu, rəqəmlərlə göstərilən əməliyyat donanmalarından biridir. Məsələn, Hind okeanında - Yeddinci, Atlantikada isə - İkinci ", - deyə ekspert aydınlaşdırıb.

Analitikin sözlərinə görə, "ABŞ-ın eyni vaxtda bir neçə yerdə olmaq iddiası onları güclərini dağıtmağa məcbur edir". Bu da, donanmada bir sıra böhran hadisələrinə - hərbi texniki hazırlıq səviyyəsinin və gəmilərin işləmə səviyyəsinin azalmasına, həmçinin qəzaların sayının artmasına səbəb olur.

"Lakin buna baxmayaraq ABŞ Hərbi Dəniz Qüvvələri planetdə ən güclü olaraq qalmaqda davam edir. Çinlilər gəmilərin sayına görə onları üstələsələr də, ABŞ böyük döyüş gəmilərinin sayına görə hələ də liderdir. Buna görə də Atlantikin ağası indilik ABŞ-dır", - deyə Kramnik yekunlaşdırıb.

Ağanisə Sultan, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO