Əfqanıstanda idarəçiliyi ələ keçirən “Taliban” nümayəndələri Moskvada rəsmi görüşlər keçirdiyi vaxtda, Rusiya bu ölkənin sərhədində müasir silahlardan istifadə edərək güc nümayişinə başlayıb.
Bizim.Media xəbər verir ki, ABŞ və müttəfiqlərinin geri çəkilməyə hazırlaşdığı həftələrdə Əfqanıstanla sərhəddə hərbi təlimlər keçirən şimal qonşumuz bu dəfə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvlərini də təlimlərə cəlb edib.
Rus ordusunun rəsmi televiziyası “Zvezda” təlimlərdən görüntülər yayımlayıb.
Qeyd edək ki, “Interaction-2021” adı verilən təlimlərə Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistandan 4 mindən çox əsgər qatılıb.
Bizim.Media
- A-
- A
- A+
Region
20:46 / 22.10.2021
Rusiya KTMT-nin 4 min əsgəri ilə təlimlərə başladı - FOTO
Hazırda oxunan: Rusiya KTMT-nin 4 min əsgəri ilə təlimlərə başladı - FOTO
Hazırda oxunan: Rusiya KTMT-nin 4 min əsgəri ilə təlimlərə başladı - FOTO
42819
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.