Soydaşlarımız Belçika və Fransaya etiraz etdilər

Soydaşlarımız Belçika və Fransaya etiraz etdilər

Hazırda oxunan: Soydaşlarımız Belçika və Fransaya etiraz etdilər

4270

Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları və bu ölkədə yaşayan azərbaycanlılar, eləcə də türk icmasının nümayəndələri Fransa Senatında və Belçika Parlamentində qondarma Dağlıq Qarabağ Respublikasının tanınması istiqamətində qəbul edilmiş qətnamələrə etiraz olaraq aksiya keçiriblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, aksiya iştirakçıları “Qarabağ Azərbaycandır!” “Fransa, erməni terrorunu dəstəkləməyi dayandır!” kimi şüarlar səsləndiriblər.

Etiraz aksiyasında Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin başqanı İlhan Aşkın, Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsəvər Məmmədov, Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Maisə Ağamirzəyeva, BAK-ın əlaqələndiricisi Lamiyə Babayeva çıxış edərək Fransa və Belçikanı haqlı mövqe sərgiləməyə, eləcə də terroru və separatçılığı dəstəkləməməyə çağırıblar.

Sonda diaspor fəalı Şamil Mustafayev çıxış edərək Azərbaycan diasporu tərəfindən hazırlanan etiraz məktubunun Fransa səfirliyinə təqdim ediləcəyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO