Növbəti erməni təxribatı: Rusiyadakı səfirliyimizdən AÇIQLAMA

Növbəti erməni təxribatı: Rusiyadakı səfirliyimizdən AÇIQLAMA

Hazırda oxunan: Növbəti erməni təxribatı: Rusiyadakı səfirliyimizdən AÇIQLAMA

42517

Özünü “Artsax Respublikasının xarici işlər naziri” kimi təqdim edən David Babayanın Rusiyaya “işgüzar səfər” etməsi və bu ölkənin siyasi dairələri ilə görüşlər keçirməsinə dair bir sıra erməni KİV-də yayılmış xəbərlərlə bağlı Səfirlik tərəfindən Rusiya Federasiyasının aidiyyəti qurumlarına müraciət olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiyadan erməni təxribatı ilə bağlı açıqlama – Qarabağda nə baş verir?


Azərbaycanın Rusiyadakı Səfirliyindən Bizim.Media-ya verilən məlumata görə, Rusiya tərəfi bildirir ki, sözügedən səfər şəxsi xarakter daşıyır, qeyri-rəsmi qəbul edilir və adıçəkilən şəxslə heç bir siyasi məsləhətləşmələr aparılmayıb.

Səfirlik qeyd edir ki, bu kimi məlumatların erməni mətbuatında yayılması təxribatdır və məqsədi ictimaiyyəti çaşdırmaq, uğurla inkişaf edən Azərbaycan-Rusiya əməkdaşlığına kölgə salmaqdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO