"Əminəm ki, Gürcüstanın islahatlar çərçivəsindəki irəliləyişi tezliklə NATO üzvlüyümüzə səbəb olacaq”.
Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Pirizlə görüşdən sonra öz Twitter hesabında yazıb.
"Xavyer Kolomina Pirizlə səmərəli bir görüş keçirdik. Əsasən Şimali Atlantika İttifaqı ilə Gürcüstan arasındakı tərəfdaşlığın gücləndirilməsi və Qara dənizin təhlükəsizliyi məsələləri müzakirə edildi”, deyə Baş nazir bildirib.
Bizim.Media
Fruitful meeting w/@JavierColominaP on the importance of #NATO-?? enhanced partnership, Black Sea security & ??'s commitment to support its allies in pursuit of global security. Confident that ??'s progress on its reform agenda will soon result in our membership in the alliance. pic.twitter.com/ds2BPwLOb0
— Irakli Garibashvili (@GharibashviliGe) October 20, 2021