Çempionlar Liqası: 4 qrupda 8 oyun

Çempionlar Liqası: 4 qrupda 8 oyun

Hazırda oxunan: Çempionlar Liqası: 4 qrupda 8 oyun

42387

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində III tura yekun vurulacaq.

Bizim.Media xəbər verir ki, son oyun gününə nəzərdə tutulan matçlardan 2-si Bakı vaxtı ilə saat 20:45-də, 6-sı isə saat 23:00-da start götürəcək.

E qrupunda 2 turdan sonra xalsız olan və sonuncu pillədə qərarlaşan İspaniya "Barselona"sı Ukraynanın "Dinamo" (Kiyev) komandasını qəbul edəcək. Almaniya "Bavariya"sı isə Portuqaliyada "Benfika"nın qonağı olacaq.

F qrupunda "Mançester Yunayted" İngiltərədə İtaliya "Atalanta"sını sınağa çəkəcək. Digər qarşılaşmada İsveçrənin "Yanq Boyz" və İspaniyanın "Vilyarreal" klubları münasibətlərinə aydınlıq gətirəcək.

G qrupunda Almaniya "Volfsburq"u Avstriyada "Zaltsburq"la, İspaniya "Sevilya"sı isə Fransada "Lill" ilə üz-üzə gələcək.

H qrupunda turnirin son qalibi olan "Çelsi" İngiltərədə İsveç "Malmö"sünün müqavimətini qırmağa çalışacaq. Qrupun digər oyununda İtaliya "Yuventus"u Rusiyada "Zenit"lə qarşılaşacaq.

Xatırladaq ki, "Barselona" (İspaniya) - "Dinamo" (Kiyev, Ukrayna) və  "Zaltsburq" (Avstriya) - "Volfsburq" (Almaniya) matçları saat 20:45-də, digər oyunları isə 23:00-da start götürəcək. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO