"Gürcüstan hakimiyyəti Mixail Saakaşvili haqqında yerli seçkilər öncəsində çox danışdı, amma indi onun haqqında unutmaq olar, dəmir barmaqlıqlar arxasında cəzasını çəkməyinə icazə vermək lazımdır".
Bizim.Media Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili deyib.
O, Saakaşvilinin "balansında" iki cinayət işinin olduğunu bildirib.
Qaribaşvili Saakaşvilinin cəzasını tam çəkmədən azadlığa buraxılmayacağını söyləyib:
"O məhbusdur və həbsdə minimum 6 il qalacaq".
Bizim.Media