Azərbaycan Ordusunun Dağlıq Qarabağı işğaldan azad etməsi ilə Naxçıvan Muxtar Respublikası ilə Azərbaycan arasındakı koridorun Bakının nəzarəti altına keçməsi, siyasi və hərbi cəhətdən olduğu qədər ticarət baxımından çox vacibdir. Beləliklə, Türkiyə və Orta Asiyanı bir-biri ilə bağlayacaq birbaşa yol yaranacaq.
Bizim.Media xəbər verir ki, bu hadisəyə Türkiyə mətbuatına Şərqi Anadolu bölgəsindən olan iş və siyasət adamları da münasibət bildiriblər.
Onların sözlərinə görə, Naxçıvan dəhlizi vasitəsi ilə Ərzurum, Qars, Ardahan, Ağrı və İğdırda hazırda 160 milyon ABŞ dolları olan ixracat 3,1 dəfə artaraq 5 mlrd ABŞ dollarına yüksələcək.
Ərzurum Böyükşəhər Bələdiyyə Başçısı Mehmet Sekmen deyib ki, bölgənin Naxçıvan və İran sərhədlərinə açılan nöqtələrində 37 milyon TL dəyərində yollar tikdik. Regionun loqistik mərkəzini qurduq: "Ərzurum və bölgədən Orta Asiyaya qədər əhəmiyyətli bir dəhliz yarandı. Bölgə bu yol vasitəsi ilə daha cəlbedici olacaq".
İğdır Ticarət Palatasının sədri Kamil Aslan bildirib ki: “İğdırın sərhəd-keçid məntəqəsinin qapısının birbaşa Azərbaycana açılması ticarət həcmimizi ilk mərhələdə ən azı 3 dəfə artıracaq. Hər şey qaydasında getsə, həcm 5 milyard ABŞ dollarına çata bilər. İndiki ticarət yolu çox çətindir və bahadır. İğdır bir cazibə mərkəzi olacaq”.
“İqtisadiyyat və turizm sahələrində əlaqələr baxımından yeni bir dövrün qapısı olan Naxçıvan dəhlizinin açılması, Bakı-Tbilisi-Qars marşrutuna güclü dəstək yaratmaqla tarixi İpək Yolunun dirçəlməsinə töhfə verəcəkdir”, - deyə Şərqi Anadolu İxracatçılar Birliyinin prezidenti Ethem Tanrıver vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Region
19:37 / 03.12.2020
Naxçıvan dəhlizi Şərqi Anadolu bölgəsinin ixracını 3 dəfə artıracaq
Hazırda oxunan: Naxçıvan dəhlizi Şərqi Anadolu bölgəsinin ixracını 3 dəfə artıracaq
Hazırda oxunan: Naxçıvan dəhlizi Şərqi Anadolu bölgəsinin ixracını 3 dəfə artıracaq
4225
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.