ABŞ müdafiə naziri Gürcüstanda belə qarşılandı – ÖZƏL VİDEO

ABŞ müdafiə naziri Gürcüstanda belə qarşılandı – ÖZƏL VİDEO

Hazırda oxunan: ABŞ müdafiə naziri Gürcüstanda belə qarşılandı – ÖZƏL VİDEO

42118

Gürcüstanda səfərdə olan  ABŞ müdafiə naziri Lloyd Austin gürcüstanlı həmkarı Cuanşer Burçuladze tərəfindən qarşılanıb.

Bizim.Media-nın əldə etdiyi  özəl məlumata görə rəsmi olaraq yüksək səviyyədə qarşılanan Pentaqon rəhbərinin təhlükəsizliyi xüsusi qorunub.
 

MÖVZU İLƏ BAĞLI:

Gürcüstan ABŞ müdafiə nazirini qarşılamağa hazırlaşır - VİDEO


Belə ki, onu çoxsaylı avtomobil müşayət edib. O, rəsmi hərbi orkestrın ifa etdiyi hərbi marş sədaları altında avtomobilindən enib. Rəsmi tədbirdə əvvəl ABŞ, sonra isə Gürcüstanın himni səsləndirilib. Daha sonra Cuanşer Burçuladze  Pentaqon rəhbərini rəsmi şəxslərlə tanış edib.

Əldə etdiyimiz məlumata görə, ABŞ müdafiə nazirinin jurnalistlər üçün mətbuat konfransı çox məhdudlaşdırılmış şəkildə olacaq.

Cəmi iki sual ABŞ jurnalistləri, iki sual isə gürcü jurnalistləri verəcək. Rəsmi görüşdə isə Cənubi Qfqaz regionunda son vaxtlar təklif olunan “3+3” formatının müzakirəsi də gözlənilən məsələlərdəndir. 

Vüsalə Balayeva, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO