Oktyabrın 18-də Ankarada Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30-cu ildönümü və Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyilə əlaqədar tədbir keçiriləcək.
Bizim.Media xəbər verir ki, tədbir Azərbaycanın Türkiyədəki Səfirliyinin, YUNESKO üzrə Türkiyə və Azərbaycan milli komissiyalarının təşkilatçılığı ilə Türkiyə Prezident Adminstrasiyasının Simfonik Orkestr binasında baş tutacaq.
Tədbirdə Türkiyənin rəsmi rəsmiləri, Türkiyə və Azərbaycan parlamentariləri iştirak edəcək.
Qeyd edək ki, sabah Türkiyə Böyük Millət Məlisində (TBMM) Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin üçtərəfli görüşü keçiriləcək.
Həmin gün TBMM-də Azərbaycan və Gürcüstan parlamentariləri Türkiyə Parlamentinin Xarici İşlər Komissiyasının rəhbəri Akif Çağatay Kılıç tərəfindən qəbul ediləcək.
Bu məqsədlə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlardan Sevinc Fətəliyeva, Tural Gəncəliyev, Sahib Alıyev bu gün Ankaraya səfər edəcəklər.
Oktyabrın 19-da isə Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələri nümayəndələrinin ortaq mətbuat konfransı keçiriləcək.
Bizim.Media