Kreml etiraf etdi: “Putin Zelenski ilə dialoq qurmaqda çətinlik çəkir”

Hazırda oxunan: Kreml etiraf etdi: “Putin Zelenski ilə dialoq qurmaqda çətinlik çəkir”

41969

Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Vladimir Zelenski ilə dialoq qurmaqda çətinlik çəkir. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov səsləndirib.

“Cənab Zelenski inadla Rusiyanı Ukraynanın cənub-şərqindəki münaqişənin tərəfi adlandırır. Bu doğru deyil”. RİA Novosti agentliyi Peskovun sözlərindən sitat gətirib. Onun sözlərinə görə, Putin "etdiyini deyir və dediyini edir". 
 

MÖVZU İLƏ BAĞLI:

MDB-nin son toplantısı və mühüm MESAJLAR – Putin nəyə işarə vurdu?  


Peskov onu da vurğulayıb ki, münaqişə tərəfləri BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilmiş Minsk Sazişlərində təsvir olunur.

"Və buna görə, Ukrayna Prezidenti Birləşmiş Millətlər Təşkilatının sənədini tanımırsa və bu sənəddə Ukrayna Prezidentinin imzasını faktiki olaraq şübhə altına alırsa, necə ünsiyyət qurmaq olar? Yəni Putinin ünsiyyət qurması çox çətindir. Putin sözlərindən məsuldur, nə edirsə, nə deyirsə edir. Və bu, digər həmsöhbətlərlə uyğun gəlmirsə, çox çətin olur”, deyə Peskov qeyd edib.

Rusiya liderinin sözçüsü əlavə edib ki, xüsusilə Kiyev Minsk razılaşmalarına əməl etmədiyi üçün Putinlə Zelenski arasında görüşün xüsusi bir perspektivi yoxdur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO