İrəvanda atışma - DETALLAR

İrəvanda atışma - DETALLAR

Hazırda oxunan: İrəvanda atışma - DETALLAR

41953

Ermənistanın paytaxtı İrəvan şəhərinin Davitaşen inzibati rayon sakini, 43 yaşlı Suren G. saxlanılıb. Onun silahdan atəş açdığı deyilir.

Bizim.Media xəbər verir ki, bu haqda informasiya “armeniasputnik.am” saytında yerləşdirilib.

Mənbə yazır ki, hadisə oktyabrın 17-də, gecə saat 01:30 radələrində İrəvanın Davitaşen inzibati rayonunun 4-cü məhəlləsində baş verib.
 

"Gamezon" oyun zonasının əks tərəfində güllə izləri olan bir Mercedes avtomobili tapılıb. İzlər oyun sahəsinin giriş qapısında, qapının şüşəsində, dondurma maşınında və pilləkənlərdə aşkar edilib.


Atəşin Suren G. tərəfindən həyata keçirildiyi müəyyən edilib. Hüquq-mühafizə orqanları isti təqibdə onu saxlayıb və cinayət işi başladıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO