Xəbər verdiyimiz kimi, Ermənistanın paytaxtı İrəvan şəhərində anti-Rusiya havası ilə mitinq keçirilir. Şəhərin küçələrinə axışan minlərlə insan rəsmi Moskvanın əleyhinə şüarlar səsləndiriblər.
Bizim.Media xəbər verir ki, mitinqdə əsasən Rusiya prezidenti Vladimir Putin təhqir edilib.
Kreml bununla bağlı hələlik rəsmi açıqlama verməyib.
Ermənilərin himayəsi altında olan bir çox aparıcı Rusiya mətbuatı da aksiya ilə bağlı bir kəlmə belə yazmayıblar.
Bizim.Media