Rus sülhməramlıları təlim keçirdi – Qarabağda bə baş verir?

Rus sülhməramlıları təlim keçirdi – Qarabağda bə baş verir?

Hazırda oxunan: Rus sülhməramlıları təlim keçirdi – Qarabağda bə baş verir?

41521

Rusiya sülhməramlı kontingentinin Qarabağda müvəqqəti yerləşdirilən hərbçiləri 27 müşahidə məntəqəsində hərtərəfli təlim keçirib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Rusiya Müdafiə Nazirliyi yayıb.
 

Mənbə yazır ki, təlim zamanı mümkün pozuntuların, təxribat xarakterli hərəkətlərin qarşısını almaq və müşahidə məntəqəsinə hücumu dəf etmək üçün tədbirlər hazırlanıb.


Təlimdə Rusiya sülhməramlı kontingentinin minaatan ekipajları da iştirak edib. 

"Postun şəxsi heyəti ilə gecə-gündüz döyüş hazırlığı təlimləri keçirilir. Gələcəkdə hər hansı bir qeyri-standart vəziyyət olduqda personalın bacarıqlı hərəkət etməsinə imkan verən müxtəlif təqdimatlar üzərində iş aparılır”, deyə Rusiya sülhməramlı kontingentinin nümayəndəsi Aleksandr Draqun bildirib.

Xatırladaq ki, atəşkəsə və hərbi əməliyyatlara nəzarət etmək üçün ötən il noyabrın 10-da Qarabağ münaqişəsi zonasına Rusiya Federasiyasının sülhməramlı kontingentinin 1960 hərbi qulluqçusu, 90 zirehli texnikası, 380 ədəd avtomobil və xüsusi texnikası cəlb edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO