İranda azərbaycanlı dəmiryolçular etiraz edirlər - SƏBƏB

İranda azərbaycanlı dəmiryolçular etiraz edirlər - SƏBƏB

Hazırda oxunan: İranda azərbaycanlı dəmiryolçular etiraz edirlər - SƏBƏB

41393

İranda azərbaycanlı dəmiryolçuları 9 oktyabr, şənbə günündən iş yerində olsalar da, işləməkdən imtina ediblər. 

Bizim.Media “Azad İran" Telegram kanalına istinadən xəbər verir ki, onlar yubadılan əmək haqlarının nə vaxt veriləcəyini bilmək istəyirlər.

Güney Azərbaycanın Dəmir Yolları İdarəsindəki qaynaqlardan verilən xəbərə görə, Azərbaycandakı texniki binaların bir qrup işçisi etiraza qalxıb. 

Sözügedən işçilər Salmas, Culfa, Azərşəhr, Mərənd və Əcəbşir mahallarının dəmir yollarında çalışırlar.

İşçilər işəgötürənin onların aylıq maaşlarının gecikməsinə əhəmiyyət verməməsinə görə bir neçə gündür işi dayandırıblar.

Azərbaycan dəmiryolçularının sözlərinə görə, onların maaşları avqust ayından bəri verilmir. İşçilər öz aylıq maaşlarının və sığorta haqlarının ən azı bir qisminin ödənilməsini tələb edirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO