Bütün ermənilərin katolikosu II Qaregin hesab edir ki, Ermənistan Rusiya və Rus Pravoslav Kilsəsinin dəstəyi ilə çətin günləri dəf edəcək.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “RİA Novosti” agentliyi yayıb.
"Rus Pravoslav Kilsəsi Başçısının xalqımıza və Kilsəmizə dəstəyini hər zaman hiss etmişik. Bu gün xalqımızın və ölkəmizin çətin günləridir.
İnanırıq ki, Allahın köməyi və dost ölkələrin, ilk növbədə Rusiya Federasiyasının dəstəyi ilə bu sınağı da aşa biləcəyik”. II Qaregin patriarxal və sinodal iqamətgahında Moskva və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşündə belə deyib.
Patriarx Kirill 12 və 13 oktyabr tarixlərində Moskvada Bütün ermənilərin katolikosu II Qaregin və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə ilə görüşür. Oktyabrın 13-də keçiriləcək görüş üçtərəfli olacaq.
Daha əvvəl Patriarx Kirill Ermənistanla Azərbaycanın dini liderləri arasında aparılan danışıqların artıq nəticə verdiyini və Qarabağda qarşıdurmanın dərəcəsinin azaldığını söyləmişdi.
O, Rus Pravoslav Kilsəsinin sülhməramlı prosesdə iştirak etməyə hazır olduğunu dəfələrlə qeyd edib.
II Qaregin vurğulayıb ki, Patriarx Kirillin və Allahşükür Paşazadənin iştirakı ilə üçtərəfli görüşdə erməni əsirlərin Azərbaycandan qaytarılması məsələsi müzakirə ediləcək.
Bizim.Media
- A-
- A
- A+
Region
16:16 / 12.10.2021
Erməni katolikosu yenə Rusiyanın köməyinə ümid edir – Paşazadə ilə GÖRÜŞÜN DETALLARI
Hazırda oxunan: Erməni katolikosu yenə Rusiyanın köməyinə ümid edir – Paşazadə ilə GÖRÜŞÜN DETALLARI
Hazırda oxunan: Erməni katolikosu yenə Rusiyanın köməyinə ümid edir – Paşazadə ilə GÖRÜŞÜN DETALLARI
41290
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.