Rusiya sülhməramlı kontingentinin əsgərləri Qarabağda demarkasiya xəttinin yaxınlığında yerləşən Amaras monastır kompleksinə ermənilərin təhlükəsiz səfərini təmin ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Heyət bu gün Amaras monastır kompleksini ziyarət edən ziyarətçilərin təhlükəsizliyini təmin etdi. Bu kompleksə Qarabağın hər yerindən və Ermənistandan zəvvarlar gəlir.
Kompleksin ərazisində sülhməramlı kontingent lazımsız təxribatlardan qaçmaq üçün təhlükəsizliyi təmin etmək məqsədi ilə yerləşdirilib. Kompleks demarkasiya xəttinin yaxınlığında yerləşir, buna görə də ərazidə Rusiya sülhməramlı kontingentinin olması vacibdir ”, - deyə Rusiya sülhməramlı kontingentinin nümayəndəsi Aleksandr Mironov bildirib.
"Biz Tanrıya dua etməyə gəldik ki, sülh olsun, müharibə olmasın. Ruslar olmasaydı, bura gələ bilməzdik.
Hər şənbə bura gəlirəm və dua edirəm. Qorxmadan bu torpağa sərbəst şəkildə gəldiyimiz üçün rus sülhməramlılarına çox minnətdaram. Onları bizə Tanrının göndərdiyini bilirik”, deyə Qarabağda müvəqqəti yaşayan erməni Laura Maqasaryan qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Region
10:48 / 11.10.2021
“Rus sülhməramlılarını bizə Tanrı göndərib” - Qarabağda müvəqqəti yaşayan erməni
Hazırda oxunan: “Rus sülhməramlılarını bizə Tanrı göndərib” - Qarabağda müvəqqəti yaşayan erməni
Hazırda oxunan: “Rus sülhməramlılarını bizə Tanrı göndərib” - Qarabağda müvəqqəti yaşayan erməni
0:00
0:00
41044
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.