“İranla Ermənistan arasındakı alternativ marşrut bir ay sonra fəaliyyətə başlayacaq”.
Bizim.Media xəbər verir ki, bunu İRNA-ya açıqlamasında İranın yol və şəhərsalma nazirinin müavini Xeyrullah Xadimi açıqlayıb.
MÖVZU İLƏ BAĞLI:
Sabah Türkiyə ilə İranın nazir müavinləri görüşəcək - SƏBƏB
Nazir müavini bildirib ki, Gorusla Qafan arasındakı yolun Azərbaycan torpaqlarından keçməsi səbəbindən alternativ marşrut axtarışında olublar:
“İrana məxsus yük maşınları üçün 21 kilometrlik marşrutda ortaya çıxan problem həllini tapır. Ondan sonra Azərbaycana rüsum verməyə ehtiyac olmayacaq”.
Bizim.Media