Paşinyan parlamentin iclasında bərk əsəbiləşdi: “Tutun və həbs edin”

Paşinyan parlamentin iclasında bərk əsəbiləşdi: “Tutun və həbs edin”

Hazırda oxunan: Paşinyan parlamentin iclasında bərk əsəbiləşdi: “Tutun və həbs edin”

40549

Ermənistan hökumətinin bugünkü iclasında Baş nazir Nikol Paşinyan səhiyyə naziri Anahit Avanesyanı pandemiya şəraitində fəaliyyətsizliyi ilə günahlandırıb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “aysor.am” saytı yayıb.

Avanesyan Ermənistandakı koronavirusla bağlı hesabat verərkən peyvənd əleyhinə kampaniya aparan insanlardan şikayətlənib. Onun dedikləri Paşinyanın xoşuna gəlməyib.

"Niyə şikayət edirsiniz? Aydın bir göstəriş var: peyvəndi tam həyata keçirmək. İnzibati vasitələrdən istifadə edin. Səhiyyə Nazirliyindən kiminsə peyvənd prosesinə müdaxilə etməsi ilə bağlı şikayətləri eşitmək istəmirəm. Get və həll elə”, deyə Paşinyan ona cavab verib.

Sonra o, hökumətin iclasında oturan hər kəsə müraciət edib:

“Dövlət idarəetmə sistemində peyvənd olunmamış insanlar olmamalıdır. Qurumların bütün yüksək vəzifəli şəxsləri bundan məsuldur. Daha şikayət eşitmək istəmirəm”.

Paşinyan, həmçinin Milli Təhlükəsizlik Xidmətinə peyvəndlər haqqında məlumatları saxtalaşdıran həkimləri həbs etməyi tapşırıb:

"Səlahiyyətlərindən sui-istifadə edən, peyvəndin vurulması ilə bağlı saxta informasiya yayan həkimləri tutun və həbs edin”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO