İnternetsizlik bankları da çökdürdü

İnternetsizlik bankları da çökdürdü

Hazırda oxunan: İnternetsizlik bankları da çökdürdü

4054

Bu gün saat 17:00 radələrində Azərbaycan ərazisində internet təminatı ilə bağlı yaranan fasilələlər ölkədə fəaliyyət göstərən bəzi bankların işinə də neqativ təsir göstərib.

Sfera.az report-a istinadən xəbər verir ki, bəzi banklar internet trafikin kəsilməsi ilə əlaqədar olaraq təqribən 17:00-dan etibarən bazarda bir sıra əməliyyatları, o cümlədən valyuta satışını dayandırıb.

Qeyd edək ki, bu gün Azərbaycanda internet təminatı ilə bağlı problem baş verib, provayderlər və istifadəçilərin internetə çıxışında problem yaranıb. Hazırda Azərbaycanda internetə çıxış qismən bərpa olunub. Bununla belə, ölkə ərazisində əksər saytlara, o cümlədən bir sıta dövlət orqanlarının saytlarına giriş mümkün deyil. Eyni zamanda, internetin sürəti də olduqca zəifdir.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, ölkəni internetlə təmin edən "Delta Telecom" şirkətində yanğın baş verib və bütün zəruri avadanlıqlar zədələnib:

"Fövqəladə Hallar Nazirliyi yanğını söndürüb. Hazırda alternativ kanallarla ölkə internetlə təmin olunur, lakin onun sürəti çox zəifdir. Lakin yaxın vaxtlarda avandanlıqlar tam yeniləri ilə əvəz olunacaq və ölkədə internetə çıxış və onun sürəti bərpa olunacaq".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO