"Hraparak" Paşinyanı lağa qoydu: “Səyahət xərclərin Litva ilə ticarətdən daha yüksəkdir”

Hazırda oxunan: "Hraparak" Paşinyanı lağa qoydu: “Səyahət xərclərin Litva ilə ticarətdən daha yüksəkdir”

40361

Nikol Paşinyan niyə Litvaya rəsmi səfərə getdi? Mətbuat bu suala müxtəlif cavablar tapmağa çalışır: "Bu ölkə NATO-nun kuratorudur", "Kim dəvət edib, ora da gedib. Gəzib və gəlib”.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı "Hraparak" qəzeti yayıb.

Mənbə yazır ki, Nikol Paşinyanın Litvanın Baş naziri İnqrida Şimonyte ilə görüşündə ticarət və iqtisadi əlaqələrin genişləndirilməsinə niyə önəm verməsi daha da təəccüblü və ya anlaşılmazdır:

“Məsələ burasındadır ki, Litva ilə heç bir ticarətimiz yoxdur. Bu ölkəni Ermənistanın ticarət tərəfdaşı adlandırmaq olmaz. Baş nazirin bəhs etdiyi müxtəlif istiqamətlərdəki qarşılıqlı əlaqə sadəcə absurddur, çünki Litva ilə əsas ticarət dəniz yolu boyunca limanlardan keçir. Statistikaya görə, balıq və konserv balıqları əsasən Litvadan Ermənistana gətirilir. Və Litvaya ildə cəmi 5-6 min şüşə konyak ixrac edirik. Ən yaxşı halda iki ölkə arasında ticarət dövriyyəsi ildə 10 milyon dolları keçmir, Bu da əhəmiyyətsiz rəqəmdir.

2020-ci ildə, Statistika Komitəsinin məlumatına görə, Litva ilə ticarət dövriyyəsi 8 milyon 600 min dollar təşkil edirdisə, bu il əhəmiyyətli dərəcədə azalıb”. 

Qəzet vurğulayır ki, 10 ay ərzində Litva ilə ticarət cəmi 3 milyon dollar təşkil edib:

“Paşinyanın səyahət xərcləri Litva ilə ticarətdən qat-qat yüksəkdir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO