Saakaşvili: “Mən əslində Putinin şəxsi məhbusuyam”

Saakaşvili: “Mən əslində Putinin şəxsi məhbusuyam”

Hazırda oxunan: Saakaşvili: “Mən əslində Putinin şəxsi məhbusuyam”

40181

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Ukrayna prezidenti Vladimir Zelenskiyə məktub ünvanlayıb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiya Gürcüstanın “apsny.ge” saytında yer alıb.

“Facebook”da paylaşılan məktubda deyilir:
 

"Gürcüstanda qanunsuz həbs olunmağımla bağlı sizin əsl yüksək səviyyəli dövlət adamı kimi sözlərinizdən təsirləndim. Bu saxta ittihamı Rusiyadan başqa dünyada heç kim qəbul etmir.


Mən Gürcüstanı həyatımdan çox sevirəm, eyni zamanda uzun illərimi keçirdiyim, ailəmin və dostlarımın yaşadığı ikinci vətənim Ukraynaya da çox dəyər verirəm. Qürur duyuram ki, həyatınız boyu etdiyiniz tarixi dəyişikliklərə və islahatlara təvazökar bir töhfə vermişəm. Mən əslində Putinin şəxsi məhbusuyam. Ukraynanın, bütün bölgənin və imperiya məhbuslarının müdafiəsi ilə bağlı prinsipial mövqeyinizi yüksək qiymətləndirirəm”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO