“Keçmiş president aclığı davam etdirmək niyyətindədir. Respublika hakimiyyətindən onun tələbi özünün və saxlanılan digər şəxslərin azadlığa buraxılmasıdır”.
Bizim.Media “gazeta.ru”ya istinadən xəbər verir ki, bu fikirləri “Mtavari Arxi” telekanalının baş direktoru, eyni zamanda Mixail Saakaşvilinin vəkili Nika Qvaramia səsləndirib.
“Bilirsiniz ki, aclıq elan etmişəm. Mən və mənə görə həbs olunan insanlar azad olunana qədər niyətimdən dönməyəcəyəm. Həyatı çox sevirəm, amma bu aclıq ömrümün sonuna qədər davam edəcək”, - Qvaramia Saakaşvilinin yazdıqlarından sitat gətirib.
Bir müddət əvvəl eks-prezidentin vəkili Giorgi Çiviaşvili bəyan etmişdi ki, Saakaşvili Ukraynaya təhvil verilməsini istəmir.
Xatırladaq ki, oktyabrın 1-də səhər saatlarında Saakaşvili həbs olunduğu gün Gürcüstana qayıtdığını elan edib. Onun Ukraynadan Gürcüstana hərəkət etməsi ilə bağlı Gürcüstan hüquq-mühafizə orqanlarının ilkin məlumatlara malik olduğu deyilir.
Gürcüstanda keçmiş prezident bir neçə cinayət işi üzrə qiyabi olaraq təqsirli bilinib. Ölkə rəsmiləri dəfələrlə bildiriblər ki, Saakaşvili geri qayıtsa, onu həbsxana gözləyir. Xüsusilə, siyasətçi dövlət başçısı vəzifəsini icra edərkən səlahiyyətlərini aşmaqda ittiham olunur.
Bizim.Media