İlham Əliyev:

İlham Əliyev: "Təhlükəsizliklə bağlı tədbirlər öz həllini tapacaq"

Hazırda oxunan: İlham Əliyev: "Təhlükəsizliklə bağlı tədbirlər öz həllini tapacaq"

40118

"Bu gün Cəbrayıl rayonunun inkişafı ilə bağlı çox önəmli gündür. Çünki bu gün artıq bir neçə obyektin təməli qoyuldu. Bu obyektlərin inşası zamanı və inşaatından sonra fəaliyyəti zamanı bir çox sosial-iqtisadi məsələlər, ilk növbədə, təhlükəsizliklə bağlı tədbirlər öz həllini tapacaq".

Bizim.Media xəbər verir ki, bu sözləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib.
 

MÖVZU İLƏ BAĞLI:

“İsraili harada görüblər?!” - Prezidentdən İran rəsmilərinə CAVAB


Dövlət başçısı qeyd edib ki, bu gün Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsinin açılışı oldu. Araz vadisi iqtisadi zonasının təməli qoyuldu, artıq ilkin maliyyə vəsaiti ayrıldı, ilkin investorlar da müəyyən olundu.

Artıq Rusiya şirkəti də bu bölgəyə investisiya qoymağa başlayıb.

Həmçinin Türkiyə şirkətləri də Zəngilan rayonunda böyük kənd təsərrüfatı layihəsinə investisiya qoymağa başlayıblar. Bizə dost, qonşu olan iki ölkə Azərbaycana bu cür münasibət bəsləyir, Azərbaycan da onlara eyni xoş münasibət bəsləyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO