Ermənistan nədən qorxuya düşüb? - Nazir Tehrana, spiker Moskvaya getdi

Ermənistan nədən qorxuya düşüb? - Nazir Tehrana, spiker Moskvaya getdi

Hazırda oxunan: Ermənistan nədən qorxuya düşüb? - Nazir Tehrana, spiker Moskvaya getdi

40013

Ermənistan parlamentinin spikeri Alen Simonyan bazar ertəsi üç günlük rəsmi səfərlə Moskvaya gedəcək.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Ermənistan parlamentinin mətbuat xidməti yayıb.

Mənbə yazır ki, Rusiyanın paytaxtında Simonyan Dövlət Dumasının sədri Vyaçeslav Volodin, xarici işlər naziri Sergey Lavrov, Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşəcək. 

Simonyan, həmçinin Rusiya Federasiyasının Diplomatik Akademiyasını ziyarət edəcək və erməni icmasının nümayəndələri ilə görüşəcək.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə oktyabrın 4-də İrana işgüzar səfər edib. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, Mirzoyanın Tehranda İranın xarici işlər naziri Hüseyin Abdollahianla görüşü planlaşdırılır və bundan sonra tərəflər mətbuata açıqlama verəcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO