Saakaşvili Gürcüstana gizli şəkildə necə keçib? – DETALLAR AÇIQLANDI

Saakaşvili Gürcüstana gizli şəkildə necə keçib? – DETALLAR AÇIQLANDI

Hazırda oxunan: Saakaşvili Gürcüstana gizli şəkildə necə keçib? – DETALLAR AÇIQLANDI

39955

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilini gizli şəkildə treyler sürücüsü ölkəyə gətirib. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı CNews portalı mənbəyə istinadən yayıb.

“Saakaşvilini Gürcüstana Abaşdan olan treyler sürücüsü Elguja Tsomaya gətirib”, deyə sürücünün qohumu bildirib.

Onun sözlərinə görə, Elguja Gürcüstandan Ukraynaya göyərti aparır. Saakaşvili bütün yol boyu avtomobilin havalandırma kabinəsində oturub.
 

MÖVZU İLƏ BAĞLI:

Saakaşvili artıq “zona”da məhbus sayılır – Prokurorluqdan AÇIQLAMA


Oktyabrın 1-də səhər saatlarında Saakaşvili həbs olunduğu gün Gürcüstana qayıtdığını elan edib. Onun Ukraynadan Gürcüstana hərəkət etməsi ilə bağlı Gürcüstan hüquq -mühafizə orqanlarının ilkin məlumatlara malik olduğu bildirilib.

Gürcüstanda keçmiş prezident bir neçə cinayət işi üzrə qiyabi olaraq günahkar bilinib.

Hakimiyyət dəfələrlə bildirib ki, Saakaşvili geri qayıtsa, onu həbsxana gözləyir. Xüsusilə, siyasətçi dövlət başçısı vəzifəsini icra edərkən səlahiyyətlərini aşmaqda ittiham olunur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO