Bir tərəfdən Türkiyə-Azərbaycan tandemi bölgədəki kommunikasiyaların blokadadan çıxarıldığını bəyan edir, digər tərəfdən sülhün bərqərar olunmasına töhfə verməyən addımlar atır.
Bizim.Media xəbər verir ki, bu sözləri “Sputnik Ermənistan”ın efirində erməni iranşünas Aqaron Vardanyan deyib.
Onun fikrincə, İranın fəallaşması, şübhəsiz ki, Türkiyə və Azərbaycanın birgə təlimlərinə qarşıdır. Bu tandemin addımları İran Silahlı Qüvvələrinin cavab addımları atmasına səbəb olub.
MÖVZU İLƏ BAĞLI:
İranın dini liderindən sərt AÇIQLAMA: “Tezliklə şapalaq yeyəcəklər” – KİMƏ ÜNVANLANIB?
"Bir daha tezis sübut etdi ki, İranda mühafizəkarlar hakimiyyətə gələndə Azərbaycanla münasibətlər kəskinləşir və soyuqlaşmağa doğru gedir.
Hələ Rəisi prezident olmayan ərəfədə sələfinin Cənubi Qafqazdakı siyasətini daim tənqid edib və bildirib ki, İran bu bölgədə mövqeyini çox itirib”, deyə o, qeyd edib.
"İrandan gələn bəyanatlar Tehranın Arazın şimalındakı bir dövlətin varlığını necə qəbul etdiyini və onun addımlarına necə reaksiya verdiyini nümayiş etdirir. İranda keçirilən hərbi təlimlər də göstərir ki, məqsəd Azərbaycan deyil, Türkiyədir. Tehran hesab edir ki, Azərbaycan Türkiyəsiz heç nə edə bilməz", - Vardanyan bildirib.
Xatırladaq ki, İran silahlı qüvvələri xeyli canlı qüvvəsini və hərbi texnikasını Azərbaycanla sərhədə toplayıb və Araz çayı vadisində genişmiqyaslı hərbi təlimlər keçirir.
Bizim.Media