"Saakaşvilinin həbsxanada olması hökumət üçün baş ağrısıdır" - Gia Xuxaşvilidən ÖZƏL

Hazırda oxunan: "Saakaşvilinin həbsxanada olması hökumət üçün baş ağrısıdır" - Gia Xuxaşvilidən ÖZƏL

39910

"Mixeil Saakaşvilinin bu gedişi onun seçici elekotaratını səfərbər etdi. Amma paralel olaraq əleyhdarları da hökumət ətrafında birləşdi. Belə qütbləşmədə hokumətin səfərbərlik resursu yüksək oldu".

Bu sözləri Bizim.Media-ya eksklüziv açıqlamasında bildirən gürcü politoloq, Ekspertlər Klubunun üzvü Gia Xuxaşvili başqa maraqlı məqamlara da toxundu:
 

MÖVZU İLƏ BAĞLI:

Saakaşvilinin partiyası seçkilərdə məğlub olur - NƏTİCƏLƏR


"Gedişatda isə müxalifət Saakaşvilinin Gürcüstana gəlməsinə görə səslərin 5-7 faizini itirdi. Həmçinin növbədənkənar parlament seçkilərinin keçirilməsi tələbləri də aktuallıqdan düşdü.

Saakaşvilinin gələcək taleyinə gəlincə, məsələ şəhərlərə mer seçkilərinin ikinci turunun nəticələri əsasında həll olunacaq.

Tbilisinin meri məsələsi daha prinsipialdır. Saakaşvilinin həbsxanada olması siyasi cəhətdən hökumət üçün böyük baş ağrısıdır".

Qeyd edək ki, Gia Xuxaşvili əvvəllər Gürcüstanın sabiq baş naziri, "Gürcü arzusu" partiyasının yaradıcısı Bidzina İvanişvilinin məsləhətçisi olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO