Jirayr Liparityan: ''Dağlıq Qarabağ ətrafındakı 7 rayonun işğalı Ermənistanın böyük səhvi idi''

Jirayr Liparityan: ''Dağlıq Qarabağ ətrafındakı 7 rayonun işğalı Ermənistanın böyük səhvi idi''

Hazırda oxunan: Jirayr Liparityan: ''Dağlıq Qarabağ ətrafındakı 7 rayonun işğalı Ermənistanın böyük səhvi idi''

3991

Hələ sentyabr ayında xəbərdar etmişdim ki, Qarabağda Ermənistanı böyük fəlakət gözləyir. Müharibə başlayarsa, Ermənistan ordusu qısa müddətdə məğlub olacaq.

Bizim.Media məlumat verir ki, bu barədə Ermənistanın keçmiş diplomatı Jirayr Liparityanın BBC-yə müsahibəsində deyib.

Liparityan Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın müşaviri olub və 1991-97-ci illər arasında Dağlıq Qarabağla bağlı danışıqlarda yaxından iştirak edib. Dövlət qulluğundan ayrıldıqdan sonra ABŞ-a qayıdıb və təqaüdə çıxana qədər Miçigan Universitetinin Ermənistanın Müasir Tarix şöbəsinə rəhbərlik edib.

Diplomat yaxın tarixi keçmişə nəzər salaraq bildirir ki, heç kəs, Ermənistanın Dağlıq Qarabağ ətrafındakı 7 rayonu işğal edəcəyini gözləmirdi: 

“Bu Ermənistanın ən böyük səhvi idi. Ona görə də Ermənistan bu 30 illik müddət ərzində dünya ictimaiyyətini özünün günahsızlığına inandıra bilmədi. Bu diplomatik uğrusuzluq idi”.

Müsahibədə Liparityan onu da qeyd edir ki, 30 ildə Ermənistanda ancaq siyasi qruplar arasında çəkişmələr höküm sürdü, hakimiyyətə gəlmək istəyən hər bir siyasi qanad ancaq xalqa yalançı ümidlər verməklə insanların düşüncəsini də zəhərləmiş oldular. Ermənistan xalqı gerçəklikdən kənarda qaldı.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO