Ukrayna Prezidenti Vladimir Zelenski 2 oktyabr şənbə günü Truskavets şəhərində “Xalqın Xidmətçisi” partiyasının deputatları ilə görüşdə iştirak edib.
Bizim.Media “korrespondent.net” saytına istinadən xəbər verir ki, bu haqda informasiyanı dövlət başçısının mətbuat xidməti yayıb.
Mənbə yazır ki, o, çıxışı zamanı bir sıra açıqlamalar verib.
MÖVZU İLƏ BAĞLI:
Zelenskidən və Dövlət Departamentindən Saakaşvilinin saxlanılmasına REAKSİYA
Zelenski yol tikintisinin sürətinə görə Ukraynanın Avropa ölkələri arasında birinci olduğunu deyib.
Onun sözlərinə görə, Prezident Aparatı və Xarici İşlər Nazirliyi Ukraynanın beynəlxalq imici üçün çox işlər görüblər və bu, bu ilin ən vacib qələbəsidir.
"Amma yetərli deyil. Niyə kifayət etmir? Açıqlayacağam. Avropa Birliyinə qəbul olacağımızı gözləməyə vaxtımız yoxdur. Deyirlər ki, daha beş il gözləyək.
Bilirsiniz ki, müharibəmiz var. Mən şikayət etmək istəmirəm. Güclü olduğumuzu düşünürəm. Və bu gün siyasətimiz "təkəbbürlüdür".
Ukraynada qətiyyətli siyasət olmadan heç bir dəyişiklik olmayacaq” deyə o, qeyd edib.
Dövlət başçısı onu da bildirib ki, Milli Təhlükəsizlik və Müdafiə Şurası ölkədə güclü işləməyə başlayıb və "müxtəlif maliyyə qrupları, oliqarxlar, dövlət xainləri onun təzyiqini yaşayır".
Bizim.Media