Hakim partiya “Gürcü Arzusu” seçkilərdə qələbəni qeyd edir

Hakim partiya “Gürcü Arzusu” seçkilərdə qələbəni qeyd edir

Hazırda oxunan: Hakim partiya “Gürcü Arzusu” seçkilərdə qələbəni qeyd edir

39867

Gürcüstanın "Gürcü Arzusu" Partiyasının Tbilisi meri vəzifəsinə namizədi Kaxa Kaladze yerli seçkilərdə qələbəsini qeyd edir. 

Bizim.Media xəbər verir ki, “Gürcü Arzusu”nun tərəfdarları partiyanın Tbilisidəki baş qərargahı qarşısına toplaşıb.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili çıxış edərək seçicilərə təşəkkürünü bildirib:

“Bu qələbə bütün Gürcüstana məxsusdur. Seçicilərimiz və tərəfdarlarımıza minnətdarlığımı bildirirəm”. 

O qeyd edib ki, bu gün ölkədə qütbləşməyə son qoyulub:

“Sabahdan inkişaf və sabitlik dövrü başalyır”.

Qeyd edək ki, Gürcüstanın hakim partiyası, “Gürcü Arzusu” 19 aprel 2012-ci ildə Bidzina İvanişvili tərəfindən yaradılıb. Partiya Gürcüstanda 2012-ci ildə parlament seçkilərdə hakim Vahid Milli Birlik Partyasının rəqibi olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO