Gürcüstanda seçkilər keçirilir – Yenilik tətbiq olunacaq 

Gürcüstanda seçkilər keçirilir – Yenilik tətbiq olunacaq 

Hazırda oxunan: Gürcüstanda seçkilər keçirilir – Yenilik tətbiq olunacaq 

0:00
0:00
39773

Bu gün Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilir. 

Bizim.Media xəbər verir ki, saat 08:00-dan etibarən ölkə üzrə 3 664 seçki məntəqəsində səsvermə prosesi başlayıb. 

Gürcüstan vətəndaşları 64 şəhərə mer və 64 rayonun məşvərətçi orqanları olan sakrebulolara proporsional və majoritar sistem üzrə 2 068 üzv seçəcəklər. 

Ölkənin Mərkəzi Seçki Komissiyasının (MSK) seçicilərin sayının 3 497 345 nəfər təşkil etdiyini açıqlayıb 

Seçkilərdə ilk dəfə elektron səsvermə sistemi tətbiq olunacaq. Bu yenilikdən Tbilisinin Krtsanisi rayonunda qeydiyyatda olan 41 314 seçici istifadə edə biləcək. 

Səsvermə koronavirus pandemiyası şəraitində keçirildiyindən seçicilər qoruyucu maskada və birdəfəlik qələmdən istifadə etməklə səs verirlər. Seçkiləri 31 310 nəfər yerli, 1 024 nəfər beynəlxalq müşahidəçi izləyir.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO