Ermənistanın XİN rəhbəri: “Azərbaycanla danışıqlar bərpa olunur” – ƏTRAFLI

Ermənistanın XİN rəhbəri: “Azərbaycanla danışıqlar bərpa olunur” – ƏTRAFLI

Hazırda oxunan: Ermənistanın XİN rəhbəri: “Azərbaycanla danışıqlar bərpa olunur” – ƏTRAFLI

39672

“Ermənistan ATƏT-in Minsk Qrupu həmsədrliyi çərçivəsində Qarabağla bağlı danışıqları bərpa etməyə hazırdır”.

Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan çexiyalı həmkarı ilə birgə mətbuat konfransında deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Erməni nazir Azərbaycana şərt qoydu: “Qarabağın statusu” həll edilməyincə... - VİDEO


Deyəsən Çexiya da İrəvanın təklif etdiyi danışıqlar formatını dəstəkləyir. Hər halda Mirzoyan belə danışıb:

“Ermənistan Çexiyanın mövqeyini yüksək qiymətləndirir. Çünki onların da mövqeyi Avropa Birliyinin mövqeyi ilə eynidir. Yəni, danışıqlar ATƏT-in Minsk Qrupunun həmsədrliyi formatında aparılmalıdır ki, konfliktin uzunmüddətli və stabil həlli əldə olunsun”.

Mirzoyan həmsədrlərin vasitəçiliyi ilə Azərbaycan XİN rəhbəri ilə Nyu-Yorkda baş tutmuş görüşdən də söz açıb:

“Nyu-Yorkdakı görüşlərdə də Ermənistanın prosesin nizamlanması üçün ATƏT-in Minsk Qrupu formatında danışıqlara hazır olduğunu açıqlamışam”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO