Tonoyan bu dəfə dəqiq həbs edildi - Məhkəmə QƏRAR ÇIXARDI

Tonoyan bu dəfə dəqiq həbs edildi - Məhkəmə QƏRAR ÇIXARDI

Hazırda oxunan: Tonoyan bu dəfə dəqiq həbs edildi - Məhkəmə QƏRAR ÇIXARDI

39578

Məhkəmə Ermənistanın sabiq müdafiə naziri David Tonoyanın həbsi ilə bağlı qərar qəbul edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya erməni mətbuatında yayılıb. Məsələyə Kentron və Nork-Maraş rayonlarının ümumi yurisdiksiyasında baxılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanın yeni ərazilərini işğal etmək istəyən Tonoyan saxlanıldı – HƏBS EDİLƏCƏK


​​​​​​​Keçmiş nazir 2 ay müddətinə həbs olunub.

Tonoyanın vəkili Sergey Ovannisyan bildirib ki, Tonoyan özünü təqsirli bilmir və apellyasiya şikayəti veriləcək.

Xatırladaq ki, daha əvvəl Tonoyanla yanaşı, silah alverçisi David Qalstyan da saxlanılıb. 

Bildirilir ki, hər iki şəxs ölkənin Silahlı Qüvvələrinin ehtiyacları üçün döyüş sursatları alarkən yol verilən çox sayda pozuntular və vəzifə öhdəliklərini aşma ilə bağlı başladılan cinayət işi çərçivəsində saxlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO