"Benjamin əməliyyatı"nda saxlanılan azərbaycanlı qadın -TƏFƏRRÜATLAR

Hazırda oxunan: "Benjamin əməliyyatı"nda saxlanılan azərbaycanlı qadın -TƏFƏRRÜATLAR

39577

Ankara başda olmaqla 20 əyalətdə təşkil edilən saxta pul əməliyyatı zamanı saxlanılan 96 nəfərdən qruplaşma lideri Ensari Varlık başda olmaqla 14 nəfər həbs edilib.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, saxlanılanlardan 63-ü sərbəst buraxılıb, 33 şübhəli isə ədliyyəyə sövq edilib.

Onlardan 19-u məhkəmə nəzarəti altında şərti azadlığa buraxılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Sosial şəbəkələrdə onlayn narkotik satan dəstə üzvləri tutuldu - FOTO


Polis izlənilməmək üçün telefon danışıqları zamanı şifrəli sözlərdən istifadə edən və dollara “Benjamin” deyən qruplaşma üzvləri indiyədək bazara 5 milyon lirə saxta əskinas çıxarıb.

Ensari Varlık isə ona müştəri kimi mesaj yollayan polisə saxta xarici valyutanın pul sayma maşınından necə keçməsinə dair video atıb və bununla da özünə inam yaratmağa çalışıb. O, saxta dolları özünü müştəri kmii təqdim edən polisə satarkən “Bundan tapa bilməzsən.

Mal bizimdir deyə demirəm. Bu, tapa bilməyəcəyin məhsuldur. Əlbəttə hazırda aktiv cihazlardan keçməz.
 

Gəlib baxarsan, aldığın qədər sayıb götürərsən” Əməliyyat zamanı qruplaşma üzvlərindən olan azərbaycanlı Elmira A. saxta xarici valyutanı xaricdə dövriyyəyə buraxmaq üçün pullla dolu çanta ilə getdiyi Sabiha Gökmen Hava Limanında saxlanılıb.


Saxta pul satışını xaricdə Elmira ilə birlikdə Özbəkistan vətəndaşları Fərrux J. və Mokhaloryım G.nin də həyata keçirdiyi məlum olub.

Bundan başqa, qruplaşmanın “rəhbər” heyətində yer alan Camal Durdubaş əməliyyatdan 4 gün əvvəl buraxdıqları saxta pulla aldığı saxta içkidən zəhərlənib və xəstəxanada dünyasını dəyişib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO