Paşinyan David Tonoyana vəzifə söz verib? - DETALLAR

Paşinyan David Tonoyana vəzifə söz verib? - DETALLAR

Hazırda oxunan: Paşinyan David Tonoyana vəzifə söz verib? - DETALLAR

39430

Dünən Ermənistanın sabiq müdafiə naziri David Tonoyanın, Baş Qərargah rəisinin müavini, keçmiş hərbi aviasiya rəisi Stepan Qalstyanın mənzillərində axtarış aparılması ilə bağlı xəbərlər, Avetik Muradyanın saxlanılması, Tonoyan və David Qalstyanın saxlanılması böyük rezonansa səbəb oldu. Bəziləri hadisələrin bu inkişafını gözləyirdi, çünki "tut və cəzalandır" tamaşalarının sayı azaldı və müharibənin ildönümündə yeni “tamaşalara” ehtiyac var.

Bizim.Media xəbər verir ki, bu fikirlər “Kvadrat” nəşrində yerləşdirilib.

Mənbə yazır ki, dünən Ermənistanın bütün gün əlaqədar qurumları hadisəni şərh etməyib, yalnız axşam saatlarında Baş Qərargahın mətbuat katibi Stepan Qalstyanı Milli Təhlükəsizlik Xidmətinə (MTX) dəvət etmə faktını təsdiqləyib. Tonoyanın başına gələnlər dostlarını şoka salıb.

Məlumat verilib ki, bir müddət əvvəl Nikol Paşinyan onu qəbul edib və istefa verdiyi gündən bəri gözlədiyi vəzifəni ona təklif edəcəyinə söz verib.
 

Günlər keçib, baş nazir görüşü təxirə salmağa başlayıb və əlaqə saxlamayıb. Dünən isə MTX-nın əməkdaşları Tonoyanın qapısını döyüblər.


Nəşr qeyd edir ki, bu, bir növ tamaşaya bənzəyir, çünki Tonoyan tezliklə sərbəst buraxılıb.

Unutmayaq ki, Tonoyan və Paşinyan bir komandadır, hər şey Yuri Xaçaturov və Seyran Ohanyan naminə oynanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO