Bu il neçə körpəyə Polad və Xudayar adları qoyulub? – RƏSMİ

Bu il neçə körpəyə Polad və Xudayar adları qoyulub? – RƏSMİ

Hazırda oxunan: Bu il neçə körpəyə Polad və Xudayar adları qoyulub? – RƏSMİ

0:00
0:00
39361

Yeni doğulan uşaqlara şəhidlərin adlarının verilməsi kəskin artıb.

Bu ilin ilk 9 ayında doğumu qeydə alınmış uşaqlara Vətən müharibəsi iştirakçılarının şərəfinə qoyulan ən populyar iki ad məlum olub.

Ədliyyə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə yanvar ayından bu günə qədər 207 körpəyə Polad adı verilib. Ötən il ərzində isə bu rəqəm 193 olub. 

Bununla yanaşı bu ilin ilk 9 ayında 60 körpəyə Xudayar adı verilib. Ötən il isə bu rəqəm 3 olub. 
 

Qeyd edək ki, Polad adı ötən il Ermənistan-Azərbaycan dövlət sərhədində başlanmış Tovuz döyüşləri zamanı Azərbaycan Ordusunun general-mayoru Polad Həşimovun şəhid olmasından sonra populyarlaşıb.


Generalımız 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub.

O, iyulun 15-də II Fəxri xiyabanda dəfn olunub. 2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə P.Həşimova Azərbaycanın Milli Qəhrəman adı verilib.

Xudayar adı isə 2020-ci ilin oktyabrın 22-də Zəngilan rayonunun Ağbənd qəsəbəsi uğrunda gedən döyüşlərdə hərbi qulluqçu Xudayar Yusifzadənin qəhrəmancasına şəhid olmasından sonra məşhurlaşıb.
 

Şəhid gizir Yusifzadə Xudayar Müslüm oğlu 1998-ci ilin iyunun 15-də Bərdə rayonunda anadan olub. Hərbi xidmətdən sonra Dövlət Sərhəd Xidmətində işə başlayıb. Ölümündən sonra "Azərbaycan bayrağı", "Vətən uğrunda" və "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif edilib.


Xudayarın hərbi əməliyyatlar zamanı oxuduğu "Vətən yaxşıdır. .." təsnifi hazırda Azərbaycanda dillər əzbərinə çevrilib.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO