EKSPERT: Ermənilər Qarabağa zorla köçürülür

EKSPERT: Ermənilər Qarabağa zorla köçürülür

Hazırda oxunan: EKSPERT: Ermənilər Qarabağa zorla köçürülür

3923

İşğal nəticəsində torpaqlarımızda qanunsuz yaşayan və Azərbaycanın ədalət savaşından sonra çarəsiz hala düşən minlərlə erməni qaçqın vəziyyətinə düşüb.

Bizim.Media-nın əldə etdiyi son məlumata görə, 27 ildir ki, işğal altında olan torpaqlarımızda məskunlaşdırılmış ermənilərlə yanaşı, Ermənistanın digər sakinləri də saxta qaçqınlıq statusu alıb, ölkələrini tərk etməyə hazırlaşırlar.

Yəni, Qarabağımıza yerləşdirilən özbaşına erməni silahlı qüvvələri və torpaqlarımıza məskunlaşdırılmış “dinc” erməni sakinlər qaçqınlıq növbəsinə durublar.

Erməni ictimaiyyəti indi çaşqınlıq dövrünü yaşayır. Onlar imzalanan razılaşma ilə döyüşlərin baş çatdığına inanmırlar. Ölkələrindəki müharibə ritorikası da onları vahiməyə salıb, bir çox ermənilər o fikirdədirlər ki, tribunlarda qışqır-bağır salanların heç biri müharibədə faktiki vuruşmur, sadə xalqı qabağa verib özləri selfi çəkməklə məşğuldurlar. Ona görə də bu ölkədən nə qədər tez çıxıb getsək o qədər yaxşıdır, deyirlər.

Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədovun fikrincə isə, bütün bunlar bizim xeyrimizədir:

“Ermənistan süquta uğrayan dövlət halındadır deyə, insanlar gözlənilən çətinliklərdən qorxurlar. Son 27 il ərzində Ermənistandan yerli əhalinin digər ölkələrə köçü dəfələrlə yaşanıb. Sadəcə, istər Aprel döyüşləri, istərsə də Azərbaycanın həqiqət savaşı onları daha da təşvişə saldığı üçün ermənilər nə yolla olursa, olsun qaçqın statusu alıb, ölkədən qaçır. Ümumiyyətlə, bütün bunlar rəsmi Bakının xeyrinədir''.

''Çünki Ermənistan iqtisadi, demoqrafik cəhətdən nə qədər zəifləsə bu, gələcəkdə Azərbaycanın siyasi maraqlarının reallaşdırılmasını asanlaşdıracaq”. 

Bununla da regionun geosiyasətinə “Kəlbəcər-Hadrut qaçqını” termini daxil olmaqdadır. Daha əvvəl bölüşdüyümüz xəbərdə qeyd olunan kimi, erməni seperatçıları bu saxta status vasitəsilə öz həmyerlilərini Avropa və Kanadaya köçürtməklə məşğuldurlar. Belə olan halda ermənilərin Xankəndinə könüllü olaraq qayıtması gülünc səslənir deyən, siyasi ekspert Məhəmməd Əsədullazadə ermənilərin qaytarılması prosesinin məcburən həyata keçirildiyini bildirdi:

“Ermənistan hökuməti köçürmə siyasətini zorla reallaşdırır. Yəni, diqqət etsəniz, müəyyən ərazilərə məcburi köçürülən ermənilərin əksəriyyəti əvvəllər Laçın və Kəlbəcər rayonlarımızda qanunsuz yaşayanlardır. Rəsmi İrəvan Avropa və Kanadaya qaçmaq istəyən ermənilərin də bir qismini onların yaşamağına icazə verilən Azərbaycan torpaqlarına məcburən köçürür''.

''Bütün bunlar isə, bir daha göstərir ki, Ermənistan beynəlxalq hüquqa hörmət etmir, konvensiyaları heçə sayır. İnsanların iradəsinə zidd məskunlaşdırma siyasəti ermənilərə yad xüsusiyyət deyil, onlar həmişə bununla məşğul olublar”.

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO